15:14 04-11-2020
news_image
209
FUTBOL

“Qarabağ”ın oyunda hakimlər niyə dəyişdirildi? - SƏBƏB

Avropa Liqasının qrup mərhələsində “Sivasspor” – “Qarabağ” matçının hakiminin dəyişdirilməsinin mümkün səbəblərindən biri məlum olub.

Apasport.az saytının məlumatına görə, Portuqaliyadan olan hakimlər briqadasının isveçrəlilərlə əvəzlənməsi koronavirus pandemiyası ilə bağlı olduğu ehtimal edilir.

Məsələ burasındadır ki, UEFA hələ mövsümün əvvəlində bütün milli assosiasiyalara xəbərdarlıq göndərib. Məktubda koronavirus infeksiyası ilə əlaqədar istənilən an təyinatlarda dəyişiklik baş verə biləcəyi qeyd olunub. “Qarabağ”ın “Sivasspor”la Türkiyədəki görüşünü idarə etməli olan Joao Pineyro və köməkçilərinin dəyişdirilməsi də böyük ehtimalla bununla bağlıdır.

Çox güman ki, baş hakimin və ya laysmanlardan Tyaqo Joze Pereyra Kosta ilə Pedro Ribeyronun birində koronavirus testinin nəticəsi pozitiv çıxıb. UEFA yalnız 4-cü hakim olan portuqaliyalı Yanku Yoan Vasilisi dəyişməyib.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüşü isveçrəli Sandro Şarer idarə edəcək. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay yardım edəcəklər.