16:25 04-11-2020
news_image
135
FUTBOL

“Qarabağ”la oyun finala bərabər olacaq” – Rıza Çalımbay

“Avropa Liqasının ilk iki oyununda yaxşı oynasaq da, şanssızlıq yaşadıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyun öncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb. Çalışdırıcı “Yeni 4 Eylül” stadionunda keçiriləcək matçın onlar üçün final əhəmiyyətli olacağını söyləyib: “Avrokuboklarda pis oynadığımız düşüncəsi ilə razı deyiləm. Sadəcə, yaxşı çıxışımız nəticədə öz əksini tapmır. “Qarabağ”la oyun bizim üçün finala bərabər olacaq. Yeganə düşüncəmiz meydanı qalib tərk etməkdir. Meydana millinin oyunu imiş kimi çıxacağıq. Asan olmayacaq, amma qələbə üçün hər şeyi edəcəyik. Bütün planlarımız bunun üzərində qurulub. İddiamızı davam etdirmək istəyiriksə, başqa yolumuz yoxdur”.

Qeyd edək ki, “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.