17:04 04-11-2020
news_image
86
FUTBOL

Azərbaycanın Lüksemburqu büdrədəcəyinə inanır – Faruk Hadzibeqiç

“Hazırda sağlam vəziyyətdə olan ən uyğun oyunçulara dəvət göndərmişəm”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadzibeqiç deyib.

Millətlər Liqasında Azərbaycan (14 noyabr) və Kiprlə (17 noyabr) keçiriləcək matçların heyətini açıqlayan 63 yaşlı mütəxəssis “Muskron” klubunun yarımmüdafiəçisi Denija Hoçkonu koronavirus pandemiyası ilə bağlı yaranmış problemə görə çağırmadığını söyləyib.

O, “Levante”nin orta sahə oyunçusu Nikola Vukçeviçə siyahıda yer versə də, onun zədədən əziyyət çəkdiyini, durumu ilə bağlı son qərarı gələn həftə verəcəyini vurğulayıb: “Milliyə çağırılan futbolçulara qarşıdakı iki görüşə ciddi yanaşmağı tapşıracağam. Kipr və ya Azərbaycanın son iki turda Lüksemburqu büdrədəcəyinə inanıram. Hər iki rəqibimizi yüksək qiymətləndirməliyik. Maksimum nəticə üçün kollektivdə yüksək motivasiya olacaq”.

Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək.