18:22 04-11-2020
news_image
69
FUTBOL

İspaniyanın ən varlıları sırasında – Florentino Peres

İspaniyanın ən zəngin şəxslərinin reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Real” klubunun prezidenti Florentino Peres də siyahıya düşüb.

Avqustda 18-ci sırada göstərilən “kral klubu”nun rəhbəri bu dəfə ölkənin ən varlı 11-ci iş adamıdır. Peres eyni zamanda İspaniyanın ən böyük inşaat şirkəti olan “Grupo ACS”in baş icraçı direktorudur.

“Forbes” nəşri Florentino Peresin büdcəsinin 1,8 milyard dollar olduğunu yayıb.