23:06 04-11-2020
news_image
60
FUTBOL

İngiltərə klubuna keçir - Pato

Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato karyerasını İngiltərədə davam etdirə bilər.
 
Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçunun Çempionşipdə oynamaq variantı yaranıb.
 
“San Paulo”dan ayrıldıqdan sonra klubsuz qalan Pato tezliklə “Birmingem”lə müqavilə bağlaya bilər. Forvard özü də Avropaya qayıtmaq arzusunda olduğunu gizlətməyib. O, 2020 mövsümündə “San Paulo”nun heyətində 11 oyunda iştirak edib, 3 qola imza atıb.
 
Qeyd edək ki, Aleşandre Pato karyerası ərzində Avropada “Milan”, “Çelsi” və “Vilyarreal”ın formasını geyinib.