23:49 04-11-2020
news_image
52
FUTBOL

“Çelsi”nin heyətindən çıxarıldı – koronavirusa yoluxduğu üçün

“Çelsi”nin futbolçusu Kay Haverts koronavirus infeksiyasına yoluxub.
 
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Londonluların baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının III turunda “Renn”lə görüşdən əvvəl aparılan testin nəticəsinin almaniyalıda pozitiv çıxdığını açıqlayıb. 21 yaşlı hücumameyilli oyunçu karantinə alınıb və yenidən testdən keçiriləcək.
 
Ulduz futbolçu koronavirusa yoluxma səbəbindən “Renn”lə bu günkü qarşılaşmanın iştirak ərizəsindən çıxarılıb.