09:34 05-11-2020
news_image
113
FUTBOL

“Sivasspor” - “Qarabağ” planı – Fatih Terimin

Türkiyə Super Liqasının VIII turunda “Sivasspor”la qarşılaşacaq “Qalatasaray” rəqibinin təhlilinə başlayıb.

Apasport.az saytının məlumatına görə, “cim-bom”un baş məşqçisi Fatih Terim “igidlər”in Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirəcəyi bugünkü matçı diqqət mərkəzində saxlayır.

Təcrübəli mütəxəssis ya özünün, ya da köməkçilərindən birinin “Yeni 4 Eylül” stadionundakı görüşü canlı izləməsini qərara alıb.

Qeyd edək ki, “Sivasspor” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək. Sivas klubunun “Qalatasaray”la matçı isə noyabrın 8-də baş tutacaq.