09:55 05-11-2020
news_image
137
FUTBOL

Çempionlar Liqasında ilk dəfə - “Sevilya” bunu da bacardı

İspaniyanın “Sevilya” klubu Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Xulen Lopeteqinin yetirmələri indiyədək heç bir komandanın bacarmadığını reallaşdırıb.

Rusiya “Krasnodar”ı ilə görüşən Sevilyanın eyniadlı təmsilçisi fasiləyə həm hesabda geridə, həm də azlıqda yollanan, lakin üç xal qazanan ilk komanda olub. İspaniyalılar ilk yarısı 1:2 hesabı ilə başa çatan qarşılaşmada əzmkar qələbəyə sevinib – 3:2.

Qeyd edək ki, “Sevilya” ilk yarıda qırmızı vərəqə alan Xesus Navasın meydandan qovulmasından sonra azlıqda qalıb.