10:31 05-11-2020
news_image
522
DİGƏR NÖVLƏR

IL`AZERO: Qanla torpağa həkk olunmuş 30 illik şanlı tarixin ölməz qəhrəmanları... - FOTOSESSİYA

“Hər naxış, hər simvol və hər abidəmiz üçün savaşacağıq!”
 
Azərbaycanın ilk idman geyimi brendi İL`AZERO Qarabağ uğrunda gedən şanlı savaşda ordumuza dəstək məqsədilə daha bir möhtəşəm layihə ilə ictimaiyyətin qarşısına çıxıb. Bu barədə bizə ətraflı məlumat verən ilk yerli idman geyimi brendinin təsisçisi İlqar İmamquliyev bunları deyib: “Bundan öncə etdiyimiz, cənab prezidentimizin və işğal altında olan hər bir rayon və şəhərlərimizin adını, milli ornament və abidələrini əks etdirən proyektimiz cəmiyyət arasında olduqca böyük rəğbət qazandı. Əlbəttə, bizim bu layihələrimiz sırf simvolik xarakter daşımaqla yalnız və yalnız ölkəmiz adına təbliğat xarakteri daşıyır. Olduqca çoxsaylı istəklərə baxmayaraq ən azından müharibə dövründə nə reklam xarakterli satışımız, nə də qazanclı layihələrimizdən söhbət gedə bilməz, ona görə satışımız bir neçə müddətdir ki, tamam dayandırılıb. Niyyətimiz öncə pandemiya, ardından isə müharibə şəraitinə görə idmandan uzaq qalan insanların hissləri ilə oynamaq deyil, bu şərəf savaşında ön və eyni zamanda arxa cəbhədə savaşan igid döyüşçülərimiz və siyasi fiqurlarımıza dəstək olmaq, Azərbaycanla bağlı bütün mənsubiyyətlərimizi dünyaya çatdırmaq və onlarla necə fəxr etdiyimizi göstərməkdir. Bir daha deyirəm, bu bizim edə biləcəyimiz ən cüzi dəstəkdir ki, düşünürəm, hər kəs bacardığı vasitələri ilə vətənimizin şanlı tarixini, ölməz igidlərini və rəmzlərini dünyaya tanıtmaqda əlindən gələni əsirgəməməlidir. Biz isə İL` AZERO brendi olaraq belə bir devizlə yola çıxmışıq - Hər naxış, hər simvol üçün savaşacağıq!

Yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyimiz, sırf milliliyimizi və möhtəşəmliyimizi təbliğ edən yeni 3 rəngli kolleksiyamız da satılmayacaq və tam təmənnasız olaraq Azərbaycanı beynəlxalq arenalarda, önəmli yarışlarda təmsil edən idmançılarımıza bir qardaş hədiyyəsi olaraq paylanacaq”.