11:23 05-11-2020
news_image
116
FUTBOL

Azərbaycanı tərk edir – “Keşlə” və “Zirə”nin futbolçuları

Azərbaycanda legioner həyatı yaşayan daha iki futbolçu milli komandasına dəvət alıb.

Apasport.az saytının məlumatına görə, “Zirə”nin müdafiəçisi Ali Sesay və “Keşlə”nin yarımmüdafiəçisi Con Kamara Syerra Leone millisinin qarşıdakı matçlarında iştirak edə biləcək.

Sesayla Kamara Afrika Millətlər Kubokunun seçmə mərhələsində Nigeriya ilə keçiriləcək oyunlarda baş məşqçi Con Keysterin sərəncamında olacaqlar. Qrupun III və IV turu çərçivəsində baş tutacaq matçlar noyabrın 9-da və 17-də olacaq.

Qeyd edək ki, L qrupunda yer alan Syerra Leone yığması 2 turdan sonra aktivindəki 1 xalla qrup sonuncusudur.