13:38 05-11-2020
news_image
167
FUTBOL

Qələbəyə həsrətlərin sınağı ilə start - Azərbaycan derbisi ilə finiş

Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində baş tutacaq tur üç günü əhatə edəcək.

İlk oyun gününün yeganə qarşılaşmasında iki Bakı klubu üz-üzə gələcək. Paytaxt təmsilçilərinin duelində “Sabah” “Zirə”ni qəbul edəcək. Ardıcıl 5 məğlubiyyətdən sonra çempionatın autsayderi olan Visente Qomesin yetirmələri iddialı rəqibi büdrətməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri fasilə ərəfəsində üçoyunluq qələbə həsrətinə son qoymaq əzmindədir.

İkinci oyun günündə iki görüş baş tutacaq. İlk qələbəsini ötən tur qazanan “Qəbələ” “Keşlə”nin qonağı olacaq. Turnir cədvəlindəki qonşuların dueli 5-ci yer uğrunda matç kimi dəyərləndirmək mümkündür. Son iki turda xala da həsrət qalan bakılılar mövqeyini qorumaq üçün ən azı heç-heçə etməlidir. Məğlubiyyət Yunis Hüseynovun da kreslosunu laxlada bilər. Elmar Baxşıyevin komandası isə təhlükəli zonadan uzaqlaşmaq üçün növbəti qələbəsini qazanmalıdır.

Çempionatın lideri “Sumqayıt” “Səbail”in qonağı olacaq. Ayxan Abbasovun yetirmələri zirvəni əldən vermək riski ilə üzləşməmək üçün mütləq qalib gəlməlidir. Bakılılar isə autsayderdən uzaqlaşmaq üçün “vuruşacaq”.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Qarabağ” “Neftçi”ni keçmək üçün səfər matçında rəqibini yenməlidir. Ehtiyatda bir oyunu da olan Qurban Qurbanovun yetirmələri fasiləyə lider kimi də yollana bilər. Bu, “Sumqayıt”ın uduzacağı halda reallaşacaq. Füzuli Məmmədovun komandası ilk dövrədəki qələbənin təsadüf olmadığını qazanılacaq xalla təsdiqləməlidir. Bu, komandaya mövqeyini qorumağa da imkan verəcək. 

Azərbaycan Premyer Liqası
IX tur
6 noyabr (cümə)
16:00. “Sabah” – “Zirə”

“Bank Respublika Arena”
7 noyabr (şənbə)
14:00. “Keşlə” – “Qəbələ”

“ASK Arena” 
16:00. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”
8 noyabr (bazar)
15:00. “Neftçi” – “Qarabağ”

“Bakcell Arena”

1

Sumqayıt

8

4

3

1

11-7

15

2

Neftçi

8

4

2

2

7-6

14

3

Qarabağ

7

3

3

1

14-5

12

4

Zirə

8

3

3

2

8-8

12

5

Keşlə

8

2

3

3

7-11

9

6

Qəbələ

8

1

5

2

6-11

8

7

Səbail

7

1

3

3

7-9

6

8

Sabah

8

2

0

6

8-11

6

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol.