12:03 06-11-2020
news_image
672
FUTBOL

Koronavirus səbəbindən təxirə salındı - "Sabah" - “Zirə” oyunu

Azərbaycan Premyer Liqasında IX turun startı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan “Sabah” – “Zirə” görüşü baş tutmayacaq.

Buna səbəb meydan sahiblərində koronavirusa yoluxmadır. “Sabah”ın üzvlərində testin müsbət nəticə verməsi oyunun təşkilinə mane olub. Bu, Azərbaycan Premyer Liqasında koronavirusa ilk yoluxma halıdır. Futbolçuların yenidən koronavirus testindən keçməsi matçın baş tutmasına mane olub.

Bu üzdən də qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Koronavirusa yoluxanların kimliyi açıqlanmır.

Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni,  “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək. 

Azərbaycan Premyer Liqası
IX tur
6 noyabr (cümə)
16:00. “Sabah” – “Zirə” - təxirə salınıb

“Bank Respublika Arena”

1

Sumqayıt

8

4

3

1

11-7

15

2

Neftçi

8

4

2

2

7-6

14

3

Qarabağ

7

3

3

1

14-5

12

4

Zirə

8

3

3

2

8-8

12

5

Keşlə

8

2

3

3

7-11

9

6

Qəbələ

8

1

5

2

6-11

8

7

Səbail

7

1

3

3

7-9

6

8

Sabah

8

2

0

6

8-11

6

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol.