14:50 05-11-2020
news_image
60
FUTBOL

Lüksemburq yığmasındakı problemləri açıqladı – baş məşqçisi

Yoldaşlıq görüşündə Avstriya, Millətlər Liqasında isə Kipr və Azərbaycanla qarşılaşacaq Lüksemburq yığması heyətlə bağlı problemlər yaşayır.

Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Lük Holts 5 oyunçunun xidmətindən məhrum qaldığını açıqlayıb.

Yarımmüdafiəçi Olivye Til qırmızı vərəqə cəzalısı olduğu üçün dəvət almayıbsa, müdafiəçi Maksim Şano koronavirus pandemiyası səbəbindən yığmaya qoşula bilməyib. Çalışdırıcı karyerasını ABŞ-da davam etdirən Şanonun məhz koronavirusla bağlı bəzi prosedurlar səbəbindən millidən kənarda qaldığını deyib.

Bundan başqa, yarımmüdafiəçi Kristofer Martins və hücumçu David Turpel zədə, müdafiəçi Kevin Malget isə səhhətində yaranmış problemə görə ilin son oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 11-də yoldaşlıq görüşündə Avstriya ilə qarşılaşacaq Lüksemburq yığması ayın 14-də Millətlər Liqası çərçivəsində Kipr, bundan üç gün sonra isə Azərbaycanla üz-üzə gələcək.