16:26 05-11-2020
news_image
74
FUTBOL

PSJ-dən gedə bilər – Tuxel təsdiqlədi

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, bunu almaniyalı çalışdırıcı özü təsdiqləyib.

47 yaşlı mütəxəssis Çempionlar Liqasında uğursuz startdan sonra komandadan getmək ehtimalını istisna etməyib: “Fransa mətbuatı hər zaman işimin təhlükədə olduğunu yazır. Gəlişimdən bəri həmişə belə olub. Bu, Parisdəki bir məşqçinin həyatıdır, heç vaxt fərqli olmayacaq. Mənim üçün ayrılmaq problem deyil. İdmanda çətin mərhələlər var".

Qeyd edək ki, hazırda Fransa Liqa1-ə başçılıq edən PSJ Çempionlar Liqasında ilk üç turda topladığı 3 xalla H qrupunun 3-cü pilləsində qərarlaşıb.