21:27 05-11-2020
news_image
39
FUTBOL

“Yuventus”da növbəti itki – 3 həftə kənarda qalacaq

İtaliyanın “Yuventus” klubu növbəti itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, bir müddət koronavirus səbəbindən kənarda qalan Kriştiano Ronaldo heyətə dönsə də, bu dəfə Aaron Remsi sıradan çıxıb.
 
Yarımmüdafiəçi üç həftə komandasına kömək edə bilməyəcək. Çempionlar Liqasının “Ferensvaroş”la Macarıstandakı oyunundan qayıdarkən tibbi müayinədən keçən uelsli futbolçunun əzələsində xəsarət aşkarlanıb. Bu səbəbdən futbolçu növbəti üç həftəni məşqlərdən kənar qalacaq.