21:48 05-11-2020
news_image
73
FUTBOL

“Barselona”, “Yuventus” və “Mançester Siti”nin hədəfində - Türam

Mönhenqladbax “Borussiya”sının futbolçusu Markus Türam Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
 
Apasport.az saytının məlumatına görə, “Barselona”, “Yuventus” və “Mançester Siti” 23 yaşlı hücumçunu heyətinə qatmaq üçün mübarizə aparır.
 
Bu üç klubdan başqa “Real” və “Milan”ın da transfer siyahısında Türamın adı var. 2019-cu ilin yayında “Genqam”dan 8 milyon avroya alınan forvard 39 oyunda 14 qol vurub.
 
Qeyd edək ki, Fransa millisinin sabiq müdafiəçisi Lilian Türamın oğlu bu gün açıqlanan heyətdə yer alaraq ilk dəfə yığmaya çağırılıb.