23:08 05-11-2020
news_image
53
FUTBOL

Cəzalı duruma düşdü - Ozobiç

Azərbaycan çempionu “Qarabağ” itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, xorvatiyalı legioner Filip Ozobiç Avropa Liqasının IV turunun “Sivasspor”la ev oyununu buraxmalı olacaq.
 
Buna səbəb yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. O, Sivas təmsilçisi ilə hazırda Türkyədə keçirilən görüşdə sarı vərəqə alıb.
 
Bu, Ozobiçin qrup mərhələsində 3-cü xəbərdarlığıdır. Filip keçirdiyi 3 qarşılaşmanın hamısında sarı vərəqə alıb.