00:02 06-11-2020
news_image
92
FUTBOL

Antirekord təkrarlandı – xalsız dövrə

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində I dövrəni xalsız başa vurub.
 
Apasport.az saytının məlumatına görə, bu göstərici Qurban Qurbanovun yetirmələri üçün antirekordun təkrarıdır.
 
Tarixində 7-ci dəfə avrokubokların qrupunda oynayan ağdamlılar yalnız bir dəfə belə uğursuz starta üzülüb. Bu, 2018/19 mövsümündə qeydə alınıb.
 
Həmin vaxt Avropa Liqasında mübarizə aparan “Qarabağ” “Sportinq”ə (Portuqaliya) 0:2, “Arsenal”a (İngiltərə) 0:3, “Vorskla”ya (Ukrayna) 0:1 hesabı ilə uduzub. Bu dəfə də üç məğlubiyyətdən sonra 6 top buraxan təmsilçimiz iki il əvvəlkindən fərqli özü 1 dəfə rəqib qapısına yol tapıb.
 
Qeyd edək ki, cari mövsümdə “Qarabağ” Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1, “Vilyarreal”a (İspaniya) 1:3, “Sivasspor”a (Türkiyə) 0:2 hesabı ilə uduzub.