23:55 05-11-2020
news_image
60
FUTBOL

Topa nəzarət və ötürmələr kifayət etmədi – məğlub olmamağa

Avropa Liqasının qrup mərhələsinin “Sivasspor” (Türkiyə) - “Qarabağ” (Azərbaycan) matçının statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA İ qrupunun III turunun görüşünün statistik göstəricilərini hesablayıb.
 
Hər hissədə bir qol vuraraq qalib gələn meydan sahibləri əsas oyun komponentlərində - zərbələrdə də aşkar üstün olub. Bu, həm ümumi, həm də çərçivəyə zərbə sayında əksini tapıb. “Qarabağ” topa daha çox nəzarət edib, ötürmələrlə rəqibdən xeyli üstün olsa da, bu, zərbə və qollarda əksini tapmayıb.
  
“Sivasspor” (Türkiyə) - “Qarabağ” (Azərbaycan)
Qollar – 2:0

Zərbələr – 12:5
Çərçivəyə zərbələr – 5:3
Çərçivəyə düşməyən zərbələr – 5:1
Bloklanan zərbələr – 2:1
Künc zərbələri – 6:3
Oyundankənar vəziyyət – 4:3
Topa sahibolma faizi – 37:63
Ötürmələrin dəqiqlik faizi – 75:89
Ötürmələr – 319:637
Dəqiq ötürmələr – 240:519
Sarı vərəqələr – 1:2
Qırmızı vərəqələr – 0:0
Qayda pozuntuları – 11:21