00:23 06-11-2020
news_image
79
FUTBOL

“Sivasspor”un qələbəsi üçün sevinirəm” – Qurban Qurbanov

“Sivasspor”u təbrik edirən. Çox yaxşı 3 xal qazandılar”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Sivasspor”la Türkiyədəki oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis 0:2 hesablı məğlubiyyətə şərh verib: “Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istəyirdik. “Sivasspor” bu gün yaxşı müdafiə olundu. Buraxdığımız ilk qola baxmayaraq topa sahib olmağa çalışdıq. “Sivasspor”un qələbəsi üçün sevinirəm”.