00:27 06-11-2020
news_image
55
FUTBOL

“Sıxıntılarımız var idi” - Maksim Medvedev

“Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etmişdilər”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib.
 
Müdafiəçi Avropa Liqasının “Sivasspor”la matçındakı 0:2 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: “Əks-hücumlara çox çıxırdılar. Bu baxımdan sıxıntılarımız var idi. Komanda olaraq buraya 3 xal üçün gəlmişdik. Deyəcək çox sözüm yoxdur. Öz oyunumuzu oynaya bilmədik və qələbə qazanmadıq. Qarşıdakı görüşlərə yaxşı hazırlaşmağımız lazımdır. Qardaş komandalarıq. Futbol budur – biri qalib gələcək, digər uduzacaq. Bu gün hər iki komanda qalib gəlmək istəyirdi. “Sivasspor” qazandı”.