00:32 06-11-2020
news_image
62
FUTBOL

“Qarabağ”la matçdakı qələbəni şərh etdi - Ərdoğan Yeşilyurt

“Hələ tam yüz faiz hazır deyiləm. Oynadıqca daha yaxşı olacağam”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Sivasspor”un futbolçusu Ərdoğan Yeşilyurt deyib.
 
O, “Qarabağ” Avropa Liqasının oyunundakı 2:0 hesablı qələbədən məmnunluğunu açıqlayıb: “Bu matçda düzgün oynadıq. Bunu da öyrənməyimiz lazımdır. Müdafiə olunduq və çox yaxşı idik. Əks-hücumlardan iki qol vurduq. Hər kəsin xəyalı Çempionlar Liqasında oynamaq olsa da, indi Avropa Liqasındayıq. Qalib gəldiyimiz üçün şadıq. Hazırda yüksəlişdəyik. Qrupdan çıxmaq istəyirik”.