00:44 06-11-2020
news_image
83
FUTBOL

Startı təxirə salındı - “Qarabağ”ın rəqiblərinin oyununun

Avropa Liqasının III turunun “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) oyununun startı yubanır.
 
Apasport.az saytının məlumatına görə, buna hava şəraiti səbəb olub.
 
Matçın hakimi və UEFA nümayəndəsi qarşılaşmanın başlamasını məqsədəuyğun saymayıb. Onlar startı bir müddət təxirə salıb. Görüşün Bakı vaxtı ilə 01:10-da başlaması qərara alınıb.
 
Qeyd edək ki, bu komandalar Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda mübarizə aparır.