00:57 06-11-2020
news_image
103
FUTBOL

“Qarabağ”la oyundan danışdı - “Sivasspor” prezidenti

“Başakşəhər”in qələbəsindən sonra biz də özünəinam qazandıq”.
 
Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun prezidenti Məcnun Otyakmaz deyib.
 
O, Avropa Liqasının “Qarabağ”la matçındakı 2:0 hesablı qələbəni dəyərləndirib. Otyakmaz Çempionlar Liqasında “Mançester Yunayted”ə qalib gələn “Başakşəhər”i də təbrik edib: “Klubu, prezidenti və baş məşqçini təbrik edirəm. Bu gün qalib gəldik və şadıq. Dünənki qələbə bizə də özünəinam bəxş etdi. İlk dəfə 3 xal qazandıq. Bundan sonrakı matçlarda da eynisini yaşamaq istəyirik. “Makkabi” oyunu ilə birlikdə qrupdan çıxmağı təmin etmək arzusundayıq. Super Liqanın növbəti turunda “Qalatasaray”la görüşəcəyik. Yorğunluqdan söhbət belə gedə bilməz. Normal yerimizi tutmaq üçün qalib gəlmək istəyirik”.