Avropa Liqasında “Qarabağ”ın yer aldığı İ qrupunda III turun digər oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, “Vilyarreal” İspaniyada İsrail təmsilçisi “Makkabi”ni (Təl-Əviv) qəbul edib.
Hava şəraiti ilə əlaqədar təyin olunan vaxtdan gec başlayan görüşdən meydan sahibləri böyükhesablı qələbə ilə ayrılıblar. Bununla “Vilyarreal” qrupda ardıcıl 3-cü qalibiyyətini əldə edib.
Qeyd edək ki, qrupun digər matçında “Sivasspor” Türkiyədə Azərbaycan çempionu “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
Avropa Liqası
İ qrupu, III tur
5 noyabr
“Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) – 4:0
Bakka, 4, 52, Baena, 71, Nino, 81
1 |
Vilyarreal |
3 |
3 |
0 |
0 |
12-4 |
9 |
2 |
Makkabi |
3 |
2 |
0 |
1 |
3-5 |
6 |
3 |
Sivasspor |
3 |
1 |
0 |
2 |
6-7 |
3 |
4 |
Qarabağ |
3 |
0 |
0 |
3 |
1-6 |
0 |