08:54 06-11-2020
news_image
62
FUTBOL

Həftənin oyunçusu adına namizədlər – Avropa Liqasında

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı olmağa 4 iddialını seçib.

Bunlar Yusuf Yazıcı (“Lill”), Andriya Zivkoviç (PAOK), Lukas Yuliş (“Sparta”) və Leon Beylidir (“Bayer”).

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı aparılan səsvermədən sonra bəlli olacaq.