12:54 06-11-2020
news_image
73
FUTBOL

“Qarabağ”a qol vurdu - rəmzi komandaya düşdü

Avropa Liqasının qrup mərhələsinin III turunun rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi “11-lik”də I dövrənin son turunda fərqlənən futbolçular yer alıb.

Azərbaycan çempionu “Qarabağ”la oyunda (2:0) hesabı açan Caner Osmanpaşa (Sivasspor) da rəmzi komandaya düşüb.

Qapıçı: Pau Lopez (Roma);

Müdafiəçilər: Ceyms Yustin (Lester), Gernot Trauner (LASK), Caner Osmanpaşa (Sivasspor), Ridgesiano Haps (Feyenoord);

Yarımmüdafiəçilər: Leon Baili (Bayer), Ceyms Maddison (Lester), Petros Mantalos (AEK), Andriya Jivkoviç (PAOK);

Hücumçular: Lukaş Yuliş (Sparta), Yusuf Yazıcı (Lill).