13:03 06-11-2020
news_image
82
FUTBOL

Sulşerin son oyunu – “Mançester Yunayted”də

“Mançester Yunayted” həftəsonu baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın VIII turunda “Everton”la keçiriləcək görüşün Ole Qunnar Sulşerin bu postda son matçı olması gözlənilir.

“Tottenhem”in sabiq çalışdırıcısı Maurisio Poçettino ilə danışıq aparan klub rəhbərliyi “Everton” üzərində qələbə qazanılmayacağı təqdirdə Sulşeri istefaya göndərmək qərarına gəlib.

Qeyd edək ki, “Everton” – “Mançester Yunayted” oyunu sabah baş tutacaq. “Qırmızı şeytanlar” 6 oyunda topladığı 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.