13:20 06-11-2020
news_image
49
DİGƏR NÖVLƏR

Düşmənin Xankəndidəki silah-sursat anbarı partladı - MN

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. 

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.