13:47 06-11-2020
news_image
62
FUTBOL

Ən yaxşısı kimdir? – “Qarabağ”ın

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan oyunlardan sonra cədvəldə ciddi dəyişikliklər olub.

İlk “üçlük” tamamilə dəyişib. Fransa “Lill”ində çıxış edən türkiyəli Yusuf Yazıçı 7702 xalla liderliyə yüksəlib. Almaniya “Hoffenhaym”ın hücumçusu Munas Dabbur 5861 xalla 2-cidir. İ qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Vilyarreal”ın yarımmüdafiəçisi Takefusa Kubo 5800 xala malikdir. Ötən həftə ilk üç sırada olan Pako Alkaser (Vilyarreal), Hyunq-Min Son (Toteenhem) və Mihael Liendl  (Volfsberger) zirvədən uzaq düşüb. 

Avropa Liqasının qrupundakı yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın ən yaxşısı Donald Geryedir. 1438 xala malik haitili 363-cüdür. Şahruddin Məhəmmədəliyev 1332 xalla 389-cudur, 1095 xala malik Patrik Andrade 472-cidir.

Şahruddindən sonra yerli oyunçular arasında ən yaxşılar Maksim Medvedev (606 xalla 647-ci) və Bədavi Hüseynovdur (460 xalla 705-ci).