15:19 06-11-2020
news_image
78
FUTBOL

Yığmaya qayıtdı – Dibala

Argentina millisinin DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin növbəti oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Yuventus”un hücumçusu Paulo Dibala uzun fasilədən sonra yenidən yığmaya qayıdıb.

Kapitan Lionel Messi ilə eyni oyun üslubuna malik olduğu üçün çox vaxt millidən kənarda qalan Dibalaya baş məşqçi Lionel Skaloni bu dəfə ehtiyac duyub. O, seçmə mərhələdə noyabrın 12-də Paraqvay, 17-də isə Peru ilə keçiriləcək qarşılaşmada iştirak edə bilər.

Qeyd edək ki, ilk iki turda 6 xal toplayan Argentina ilə Braziliya milliləri liderliyi bölüşürlər.