15:59 06-11-2020
news_image
57
FUTBOL

Həftənin oyunçusu bilindi – Cempionlar Liqasında

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA III turun oyunlarından sonra azarkeşlər arasında aparılan səsvermənin nəticəsini açıqlayıb.

Həftənin oyunçusu adına “Liverpul”un hücumçusu Dioqo Jota layiq görülüb. O, “Atalanta” ilə səfər matçında het-trik edərək, buna nail olub. Jota müvafiq olaraq Alassane Plea (“Borussiya”, Mönhenqladbax), Erlinq Haland (“Borussiya”, Dortmund) və Yussef En-Nesirini (“Sevilya”) qabaqlayıb.

Qeyd edək ki, Dioqo Jota “Liverpul”a mövsümün əvvəlində “Vulverhempton”dan keçib.