16:36 06-11-2020
news_image
69
FUTBOL

Araz Abdullayevə rəqib – aşağı liqa təmsilçisi

Türkiyə kubokunda IV mərhələnin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, 52 komanda 26 cütlük müəyyənləşdirib.

Onlardan 43-ü III mərhələ səddini aşan komandadırsa, digər 9 klub Super Liqa təmsilçisi olacaq. Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin formasını geyindiyi I liqa komandası “Boluspor” növbəti raund uğrunda II liqada çıxış edən “Kahramanmaraşspor”la öz meydanında qarşılaşacaq.

Bu mərhələdən yarışa qoşulacaq “Fənərbaxça” “Sivas Bələdiyyəspor”u sınağa çəkəcək. Bir oyundan ibarət olan mərhələnin görüşləri 24-26 noyabrda keçiriləcək.