00:00 07-11-2020
news_image
60
FUTBOL

Qaydada dəyişiklik tələbi - İFAB UEFA-nın müraciətinə baxacaq

UEFA futbolda əllə oyun qaydalarında dəyişiklik edilməsini istəyir.
 
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bununla bağlı Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (İFAB) müraciət edib.
 
UEFA rəhbərliyi 2019-cu ilə qədər qüvvədə olan qaydaya qayıtmağın tərəfdarıdır. Qurum futbolçunun topa əllə müdaxilə edib-etmədiyini hakimin özünün müəyyənləşdirməsini istəyir. UEFA belədə komandaların haqsız yerə cəzalandırılmasının qarşısının alınacağını düşünür.
 
FİFA prezidenti Canni İnfantino UEFA-dakı həmkarı Aleksander Çeferinə yazdığı məktubda İFAB-ın məsələyə baxacağını vurğulayıb. Beynəlxalq Futbol Assosiasiyaları Şurasının bu ay keçiriləcək iclasında qaydada dəyişiklik edilib-edilməməsi müzakirə olunacaq.