22:24 06-11-2020
news_image
76
FUTBOL

“Liverpul”la oyunu buraxacaq - Serxio Aquero

İngiltərə Premyer Liqasının VI turunda “Vest Hem”lə görüşdə zədələnən “Mançester Siti”nin hücumçusu Serxio Aqueronun kollektivə dönüşü yubanacaq.
 
Apasport.az saytının məlumatına görə, argentinalı forvard daha bir neçə gün məşqlərdən kənarda qalacaq.
 
32 yaşlı oyunçunun çempionatın VIII turu çərçivəsində noyabrın 8-də “Liverpul”la keçiriləcək qarşılaşmanı buraxacağı dəqiqləşib. Onun yaşıl meydanlara nə zaman dönəcəyi hələ bəlli deyil.
 
Qeyd edək ki, iyunun 22-də dizindən zədələnən və əməliyyat olunan Aquero bu mövsüm cəmi 2 matçda iştirak edə bilib.