00:08 07-11-2020
news_image
89
FUTBOL

Çalhanoğlunun tələbi – “Milan”dan

İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə məsələsində danışıqlarının təfərrüatları məlum olub.
 
Apasport.az saytının məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu komandada qalmaq üçün şərtlərini açıqlayıb.
 
İngiltərə təmsilçisi “Mançester Yunayted”dən 5 illik müqavilə təklifi alan Türkiyə millisinin üzvü karyerasını “rossonyerlər”də davam etdirmək üçün rəhbərlikdən illik 5 milyon avro maaş tələb edib. A seriyası klubu isə bu məbləğin 3,5 milyon avro olmasının tərəfdarıdır.
 
Qeyd edək ki, 2017-ci ildən “Milan”da çıxış edən Hakan Çalhanoğlunun müqavilə müddəti gələn ilin yayına qədərdir.