23:09 06-11-2020
news_image
46
FUTBOL

“Mançester Siti”ni favorit saymır – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2020/21 mövsümündə Premyer Liqadakı hədəfləri barədə danışıb.
 
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis turnirin qalibi olmaq istədiklərini söyləyib.
 
Maraqlıdır ki, Qvardiola özlərini qızıl medallara əsas namizəd saymır: “Liverpul” mövsümün əsas favoritdir. Pandemiyaya görə bu mövsüm digərlərindən fərqli olacaq. Premyer Liqada yüksək səviyyəli komandalar var. Son 5-10 tura qədər yarışda qalmağımız vacibdir. Ümid edirəm ki, belə olacaq. Premyer Liqanı qazanmaq üçün neçə xala ehtiyacımızın olması önəmli deyil. İlk dəfə çempionluğu qazananda 100 xal toplamışdıq. Bəlkə də, lazım deyildi, amma bunu etmişdik. Yenə qalib gəlmək üçün oyunumuzu yaxşılaşdırmalıyıq”.
 
Qeyd edək ki, 7 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan “Mançester Siti” (11 xal) lider “Liverpul”dan 5 xal geri qalır.