10:10 07-11-2020
news_image
62
FUTBOL

“Barselona” 5 futbolçusunu satır – ADLAR

İspaniyanın “Barselona” klubunun qış transfer dövrü ilə bağlı planları bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi heyətində “təmizləmə” işləri aparmağa qərar verib.
 
Müflisləşməmək üçün pul qazanmağa ehtiyacı olan Barselonanın eyniadlı təmsilçisi bu məqsədlə 5 futbolçusunu satmaq niyyətindədir. Bunlar Usman Dembele, Samuel Umtiti, Martin Braytveyt, Xunior Firpo və Karles Alenyadır.
 
Qeyd edək ki, bu oyunçulardan birinin potensial müştərisi də var. Dembele İngiltərə “Mançester Yunayted”inin transfer siyahısında yer alıb.