10:56 07-11-2020
news_image
46
DİGƏR NÖVLƏR

Təbriklər - Football24.az

Bu gün football24.az saytı üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən bu futbol portalının 1 yaşı tamam olur. 
 
2019-cu ilin noyabrın 7-də Ceyhun Əliyev tərəfindən yaradılan, baş redaktoru olduğu football24.az oxucularının görüşünə rus dilində gəlib. Yeni sayt oxucularına gün ərzində əsasən Azərbaycan futbolunda baş verən ən qaynar xəbərləri, eksklüziv müsahibələri, müəllif yazılarını çatdırır.

Bu il keçirilən "Azərbaycan futbolunun tarixiylə baş-başa" və "İdman TV"də yayımlanan "Ulduzların savaşı" intelektual yarışmaları football24.az-ın sport24.az-la birgə layihələri olub. Bundan əlavə, 3-cü aya yaxındı "Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən, 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi "Azərbaycan Premyer Liqasının BİLİCİsi" mərc yarışması da sport24.az-la sootball24.az-ın şərikli məhsuludur.

Apasport.az saytının kollektivi football24.az-ın 1 yaşını təbrik edir, bundan sonrakı fəaliyyətində də yaradıcılıq uğurları arzulayır.