12:13 07-11-2020
news_image
85
FUTBOL

Məhsuldar “qoca”lar - SİYAHI

Cari mövsüm ən çox qol vuran yaşlı futbolçuların siyahısı açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, cədvəldə yaşı 35 və daha çox olan oyunçular yer alıb.
 
Avqustdan başlayan dövrü əhatə edən müddətdə ən məhsuldar “qoca” Bafetimbi Qomisdir. O, artıq 15 dəfə fərqlənib. Ən yaxşı avropalı isə Zlatan İbrahimoviçdir.
 
1. Bafetimbi Qomis (Əl-Hilal, Səudiyyə Ərəbistanı) – 13 oyun, 15 qol;
2. Qonsalo Berqessio (Nasyonal, Uruqvay) – 17 oyun, 14 qol;
3. Nene (Fluminense, Braziliya) – 18 oyun, 12 qol;
4. Zlatan İbrahimoviç (Milan, İtaliya) – 8 oyun, 9 qol;
5. Xoakin Larrivey (Universidad, Çili) – 10 oyun, 9 qol;
6. Vaqner Lav (Kayrat, Qazaxıstan) – 14 oyun, 9 qol;
7. Andre Pyer Jinyak (Tiqres, Meksika) – 15 oyun , 9 qol;
8. Mihael Lindl (Volfsberger, Avstriya) – 10 oyun, 8 qol;
9. Mohamed Aziz (Berkane, Mərakeş) – 12 oyun, 8 qol;
10. Kriştiano Ronaldo (Yuventus, İtaliya) – 6 oyun, 7 qol.