12:54 07-11-2020
news_image
64
FUTBOL

İtaliya klublarının hədəfində - “Lill”in yarımmüdafiəçisi

Fransa “Lill”inin futbolçusu Renato Sançes karyerasını İtaliyada davam etdirə bilər.
 
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Yuventus”un maraq dairəsinə düşüb.
 
Turin təmsilçisi bu transferi qışda reallaşdırmağı planlaşdırır. “Yuventus” rəhbərliyi “Lill”ə oyunçu ilə bağlı rəsmi təklif də hazırlayıb.
 
Amma Renato digər İtaliya klublarının da hədəfindədir. “İnter”, “Roma” və “Milan” da yarımmüdafiəçini heyətində görmək istəyir.
 
Qeyd edək ki, Sançesin qiyməti 20 milyon avro ilə dəyərləndirilir.