13:15 07-11-2020
news_image
40
FUTBOL

Biliçin taleyinə aydınlıq gətirəcək – “Tottenhem”lə matç

Xorvatiyalı mütəxəssis Slaven Biliç yenidən işsiz qala bilər.
 
Apasport.az saytının məlumatına görə, İngiltərənin “Vest Bromviç” klubu baş məşqçi ilə yollarını ayırmaq niyyətindədir.
 
Buna komandanın uğursuz çıxışı səbəb olub. 52 yaşlı çalışdırıcının taleyinə Premyer Liqanın VIII turu aydınlıq gətirməlidir. “Vest Bromviç” “Tottenhem”ə uduzsa, Biliç postundan uzaqlaşdırılacaq.