13:48 07-11-2020
news_image
63
FUTBOL

“Qarabağ”ın rəqibində 5 itki – “Qalatasaray” önündə

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Türkiyə təmsilçisi “Sivasspor” Super Liqanın VIII turuna itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Riza Çalımbay 5 futbolçunun xidmətindən məhrumdur.

Sivaslılar “Qalatasaray”la görüşdə 4 zədəli və 1 cəzalı futbolçunun yoxluğundan əziyyət çəkəcək. Aaron Appindanqoye, Ziya Erdal, Jorge Felix və Sergey Rıbalka zədə səbəbindən meydana çıxmayacaq. Ötən turun “Hatayspor”la görüşündə sarı vərəqə alan Erdoğan Yeşilyurt isə cəzalı durumdadır.