14:02 07-11-2020
news_image
38
FUTBOL

“Real”ın futbolçunu saxlamağa qərar verdi – “Milan”

İtaliyanın “Milan” klubu İspaniya “Real”ından icarəyə götürdüyü Braim Diasla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

“Rossonyeri” artıq bu qış 21 yaşlı ispaniyalının keçidini rəsmiləşdirmək niyyətindədir. Milanlılar “Real” rəhbərliyi ilə danışıqları başlamağa hazırlaşır.

Qeyd edək ki, Braim cari mövsüm 9 oyunda 3 qol vurub.