15:15 07-11-2020
news_image
54
FUTBOL

“Qalatasaray”dan problemsiz getməyə hazırdır - Falkao

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Radamel Falkao maaşının azaldılmasına razılıq verib.

Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu İstanbul təmsilçinin maliyyə durumunu nəzərə alaraq belə addım atmağa hazırdır.

Müqaviləsi 2022-ci ildə başa çatacaq forvard hətta komandadan problemsiz getməyə də razı olduğunu da bildirib: “Maaş endirimini qəbul edirəm. Mənə pul ödəməkdə çətinlik çəkdiyinizi bilirəm. Əgər yanvara qədər vəziyyət düzəlməsə və klubdan getməyimi istəsələr, problem yaratmaram. Bunu söz verirəm”.

Qeyd edək ki, Falkao bir müddət əvvəl MLS-də mübarizə aparan “İnter Mayami”nin təklifini geri çevirmişdi.