15:33 07-11-2020
news_image
66
FUTBOL

Türkiyə - Rusiya oyununda - AFFA rəsmisi

AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Millətlər Liqasının qrup mərhələsində iş başında olacaq.

O, Türkiyə – Rusiya qarşılaşmasının UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Bu matç noyabrın 15-də, İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək.