16:07 07-11-2020
news_image
57
FUTBOL

“Haqq yolundayıq, yumruq kimi birik, bu birlik əbədidir!” - FOTO

Azərbaycan Premyer Liqasının IX turunun ilk oyun gününün ikinci matçında “Səbail” “Sumqayıt”ı qəbul edir.

Apasport.az saytının məlumatına görə, “ASCO Arena”da təşkil olunan qarşılaşma zamanı komandalar Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

Görüşdən öncə komandalar meydana Azərbaycan Prezidenti İlham Əliyevin “Haqq yolundayıq, yumruq kimi birik, bu birlik əbədidir!” ifadəsi əks olunmuş pankartla çıxıb. Bununla da komandalar Dağlıq Qarabağda terrorçu ermənilərlə mübarizə aparan Orduya dəstək göstərib.