19:12 07-11-2020
news_image
82
FUTBOL

Koronavirusa yoluxanların adları açıqlandı - klublarımızda

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan koronavirusa yoluxanların adları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bu, IX turunun bugünkü matç gününə yekun vuran "Səbail" - "Sumqayıt" görüşündən sonra mətbuat konfranslarında qeyd olunub.

Qonaqların baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçisi Səbuhi Abdullazadənin COVİV-19 testinin pozitiv çıxdığını bildirib: "Bunu gizlətməyə ehtiyac yoxdur. Səbuhi U-21 millimizin üzvüdür. Virus bir neçə komandada var" (sport24.az).

Abbasovun rəqib komandadakı həmkarı Aftandil Hacıyev isə müdafiəçisi Kamal Qurbanovda, habelə texniki heyətin bir üzvündə koronavirus aşkarlandığını bildirib: "Klubun həkimi Mahir Ələsgərovun testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub. Bu infeksiya məşhur oyunçulara da təsir edib".