18:57 08-11-2020
news_image
352
FUTBOL

“Neftçi” darmadağın oldu, “Sabah”dan 6-cı yenilgi - Zirvədə üçhakimiyyətlilik

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində bu gün son iki matç baş tutub.
 
Əvvəlcə ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. Bol qollu keçən Azərbaycan derbisində qeydə alınan 6 qolun hamısını bir komanda vurub. Filip Ozobiçin het-trik, Musa Qurbanlının isə “siftə” etdiyi görüşdə “Qarabağ” darmadağınla qalib gəlib. Bununla “Sumqayıt”la xal fərqini aradan qaldıran Qurban Qurbanovun yetirmələri liderə çatıblar. 
 
Tura “Sabah” – “Zirə” matçı ilə yekun vurulub. Meydan sahiblərində koronavirusa yoluxan futbolçular olduğu üçün bu günə təxirə salınan qarşılaşma “Bank Respublika Arena”da keçirilib. Səfər qələbəsinə sevinən “Zirə” eyni sayda xal topladığı “Sumqayıt” və “Qarabağ”la birlikdə turnir cədvəlində üçhakimiyyətlilik yaradıb. “Sabah” isə ardıcıl 6-cı məğlubiyyətini alıb. Hətta onlar Rəşad Sadıqovun komandasının son dəqiqələri azlıqda keçirməsindən də yararlana bilməyiblər. Çərçivəyə keçən Ruslan Qurbanov Mateus Albinonun yoxluğunu hiss etdirməyib. 
 
Qeyd edək ki, turun ilk günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
IX tur
8 noyabr

15:00. “Neftçi” – “Qarabağ” - 0:6
Qollar: 
Filip Ozobiç, 20, 29 (pen.), 52, Mahir Emreli, 39, Abdullah Zubir, 50, Musa Qurbanlı, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
“Neftçi”: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 13. Prins İbara, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
“Bakcell Arena”

17:00. “Sabah” – “Zirə” - 0:1
Qol: 
Ağabala Ramazanov, 58
Qırmızı vərəqə: Mateus Albino, 90+1
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
“Sabah”: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 19. Təmkin Xəlilzadə, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriges, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Bank Respublika Arena”

1

Sumqayıt

9

4

3

2

12-9

15

2

Qarabağ

8

4

3

1

20-5

15

3

Zirə

9

4

3

2

9-8

15

4

Neftçi

9

4

2

3

7-12

14

5

Keşlə

9

3

3

3

10-12

12

6

Səbail

8

2

3

3

9-10

9

7

Qəbələ

9

1

5

3

7-14

8

8

Sabah

9

2

0

7

8-12

6

Bombardir: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç ("Qarabağ") - 6 qol.