23:06 07-11-2020
news_image
57
FUTBOL

“Arsenal”dan müqavilə təklifi – 2025-ci ilədək

İngiltərənin “Arsenal” klubu Dominik Soboslainin transferi ilə bağlı danışıqlara başlayıb.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçinin çıxış etdiyi Avstriya “Zalsburq”una rəsmi təklif göndərib.
 
Londonlular 20 yaşlı macarıstanlını qış transfer dövrümdə  heyətində qatmaqda maraqlıdır. “Arsenal” Dominikə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edib. Anlaşmanın şərtlərində sonradan daha bir il müddətinə uzadılma bəndi də yer alıb.
 
Qeyd edək ki, macarıstanlı İtaliya “Milan”ının da maraq dairəsindədir.